Layihə haqqında

Siz Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna vətəndaşısınız?

Sizin Moskvada yaşamaq və işləmək planınız var? Bəlkə siz elə indinin özündə artıq paytaxtdasınız və hətta hüquqi problemlərlə də üzləşmisiniz? Ya da ki, siz hansısa səbəblərə görə əmək miqrantlarının problemləri ilə maraqlanırsınız? Onda siz, həqiqətən də, ünvanı düz tapmısız. Bizim "90180.ru" layihəmiz məhz sizin üçün yaradılıb.

Biz Rusiya paytaxtında qanuni məskunlaşmaq, bu və ya digər sənədləri necə tərtib etmək barədə təkcə danışıb və göstərmirik (bizim öz videostudiyamız var). BIz sizi təkcə diasporlarınız, müxtəlif xalqların milli mətbəxi, mədəniyyət və digər özünıməxsus Moskva reallıqları barədə olan məlumatlarla, maraqlı əhvalatarla tanış etmirik. Biz bütün bunlarla yanaşı həmçinin də sizə qarşılaşdığınız hüquqi promlemlərin həllində dəstək oluruq.

Bizim hüquqşünaslar burdan, saytdan və bizim sosial şəbəkələrdəki ("Одноклассники", "ВКонтакте", Facebook, Twitter) qruplarımızdan sizinlə birbaşa əlaqə saxlayır, miqrasiya problemləri ilə bağlı hadisələrə operativ şərh verir, onlayn-məsləhət rejimində Moskva əmək miqrantlarını maraqlandıran sualları cavablandırır.

"90180.ru" layihəsinin yaradıcısı və ideya ruhlandırıcısı - "Moskva əmək miqrantlarına dəstək" regional ictimai təşkilatının rəhbəri Aleksandr Kalinindir. O eyni zamanda həm də Moskva hökuməti yanındakı milli məsələlər üzrə Şurada miqrasiya siyaəti və miqrantların adaptasiyası Komissiyasının sədridir.
Kalininin xüsusi təqdimata ehtiyacı yoxdur. Onun YouTube kanalındakı səhifəsi, yəqin ki, çoxunuza tanışdır. O yüz minlərlə miqranta problemlərinin həllində yardımçı olub.

"90180.ru" adı layhəmiz üçün heç də təsadüfi seçilməyib. Belə ki, 2014-cü ilin yanvar ayında qəbul edilən qərar məhz "90/180" adlanır. Bu ondan ibarətdir ki, «vizasız" ölkələrin vətəndaşları onların Pusiyada daha uzun müddət (məsələn patent) qalmalarına əsas verən hər-hansı bir sənəd tərtib etməyiblərsə, Rusiyada ümumən 180 gün ərzində 90 gün qalmaq hüququna malikdirlər. Bu onu bildirir ki, əcnəbi vətəndaş ölkəmizdə 90 gün qalandan sonra onu tərk etməlidir.

Onu da qeyd edək ki, bu halda o geriyə dərhal deyil, yalnız 90 gündən sonra dönə bilər. Bu qanunu pozanlara yüksək cərimələr tətbiq olunur. Bəzi hallarda isə, onların Rusiya ərazisinə girişinə 10 il müddətinə qadağa qoyulur.

"90180.ru" saytının missiyası son dərəcə sadə və konkretdir: - biz Moskvada yaşayan bütün əmək miqrantlarının leqal fəaliyyət göstərməsinin tərəfdarıyıq;
- AMMA, biz qeyri-leqal miqrasiyaya QARŞIYIQ və onun tam aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq;
- biz Moskvada yaşayan bütün əmək miqrantlarının hüquqlarının qorunmasının tərəfdarıyıq;
- AMMA bununla yanaşı, biz həmçinin də onlar tərəfindən RF qanunvericiliyinin pozulmasına QARŞIYIQ.
Oxucularımızın və tamaşaçılarımızın diqqətinə onu da çatdırmaq istəyirik ki, "90180.ru" layihəsi həmçinin də beş dildə: azəraycan, ingilis, moldov, tacik, özbək dillərində fəaliyyət göstərir.


Sizə xoş əhval-ruhiyyə, maraqlı və ən əsası dəyərli oxu və efir verlişlərini izləməyi arzulayırıq.

"90180.ru" ofisinin ünvanı: 127521, Moskva, Şeremetyevskaya küç., ev 47.

Tel.: +7 (495) 320-90-80.
E-mail: info@90180.info (redaksiya); 90180@90180.info (hüquqi xidmət).