"Əmək miqrantlarına dəstək" RİT

РОО "Поддержки трудящихся мигрантов Москвы" была создана в 2015 году.

"Əmək miqrantlarına dəstək" Regional İctimai Təşkilatı (RİT) 2015-ci ildə yaradılıb.
Təşkilatın əsas məqsədi Moskva və Rusiyanın digər regionlrında miqrantların sayının kütləvi şəkildə artması münasibətiylə yarana biləcək gərginliyin azaldılmasına, Rusiya cəmiyyətində müxtəlif millətlərdən olan insanlara qarşı dözümlülük və qarşılıqlı hörmət hissinin aşılamasına yardımçı olmaqdır.
Bu sahədəki fəaliyyətin əsas istiqamətləri:
- Rusiyada müvəqqəti yaşayan əcnəbi vətəndaşlara Rusiya Federasiyasının miqrasiya qanunvericiliyi izah etmək;
- əcnəbi vətəndaşlara miqrasiya qüvvədə olan qanunvericilik barədə məsləhətlər vermək;
- Rusiya Federasiyasının miqrasiya qanunvericiliyindəki yeniliklərin kütləvi informasiya vasitələrində işıqlandırılmasına yardımçı olmaq;
- əcnəbi vətəndaşlara Rusiya Federasiyası qanunvericiliyindəki qaydalara ciddi riayət olunmasının vacibliyini aşılamaq;
- Rusiya cəmiyyətinə xas olan adət-ənənələr və qaydalar barədə məlumat vermək;
- miqrantlara patent, əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə və digər müvafiq sənədləri almaq qaydalarını izah etmək;
- miqrasiya sahəsində fəaliyyət göstərən dövlət hakimiyyəti orqanları, ictimai təşkilatlarla qarşılıqlı əlaqələr yratmaq;
- Rusiya Federasiyasının miqrasiya qanunvericiliyi və izahedici işlər sahəsində milli diaspor təşkilatlarının nümayəndələri ilə sıx əlaqələr qurmaq.
Təşkilatın fəaliyyət daimrəsi təkcə əmək miqrantlarının auditoriyasını deyil, digər qruplardan olan əcnəbi vətəndaşları da əhatə edir. O cümlədən:
- qaçqınlar, həmçinin RF-da müvəqqqəti sığınacaq alanlar;
- uşaqlar və yeniyetmələr;
- qadınlar;
- azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslər;
- çoxuşaqlı ailələr;
- tələbə və gənclər;
- çətin həyat şəraitinə düşən şəxslər;
- zorakılığı məruz qalanlar şəxslər.
2015-ci iliın sonunda "Əmək miqrantlarına dəstək" Regional İctimai Təşkilatı (RİT) tərəfndən yaradılan Multifunksional "Miqrant evi" mərkəzinə müraciət edənlər burda operativ aktual hüquqi informasiyalar almaqla yanaşı, zəruri icazə sənədlərinin tərtib edilməsi və bu sahədə qayda pozuntusuna yol verərkən nəzərdə tutulan sanksiyalar barədə faktiki olaraq birinci əldən məlumat alırlar.
Mərkəzdə Rusiya Federasiysının ən çətin normativ-hüquqi aktları və həmçinin əcnəbi vətəndaşın hüquqi statusunu nəzrə almaq baxımından ölkədə olma (yaşama) qaydalarının tənzimləsi ilə bağlı məsələlər barədə müntəzəm qaydada çoxsaylı seminarlar keçirilib.
Dövlət layihəsi çərçivəsində həyata keçirilən "Miqrantın Moskva şəhərində davranış qaydaları" kitabçasının tərtib edilməsi və yayılması hüququ "Əmək miqrantlarına dəstək" Regional İctimai Təşkilatına həvalə olunub. Layihənin məqsədi yüksək texologiya vasitələrinə və zərururi infrostruktura malik paytaxtın şəhər kimi müsbət imidjini qoruyub saxlamaq, əcnəbi vətəndaşların Rusiya cəmiyyətinə inteqrasiyası və adaptasiyası olunması çərçivəsində moskvalılar və miqrantlar arasında yarana biləcək gərginliyin azaldılmasına nail olmaqdır. Layihə vasitəsi ilə yaddaş kitabsından əlavə rusmigrant.com. internet-resursunun buraxılışına da start verilib.
Çoxfunksiyalı Miqrasiya Mərkəzindən alınan statistik məlumatlar paytaxt regionu üzrə "Miqrantın Moskva şəhərində davranış qaydaları" kitabçasının effektivliyini təsdiqləyib. Belə ki, 2017-ci ilin ilk kvartalı ərzində Moskva şəhərində əmək patenti alanların sayı 21% qədər artıb.
2017-ci il martın 1-dən 20-nə kimi Moldova Respiublikası vətəndaşları üçün amnistiyanın qüvvədə olduğu müddətdə "Moskva əmək miqrantlarına dəstək" kitabçası moldovalılar üçün faktiki olaraq yeganə informasiya mənbəyi olub. Layihə çərçivəsində sosial şəbəkələr və YouTube kanalı vasitəsi ilə videomüraciətlər edilib.
"Moskva əmək miqrantlarına dəstək" Regional ictimai təşkilatının rəhbəri Kalinin Aleksandr Valeriyeviç hazırda qüvvədə olan "Moskva diasprları konqresi" regionlararası ictimai təşkilatının ("Moskva əmək miqrantlarına dəstək" Rusiya Federasiyası ədliyyə nazirliyi tərəfindən eynən qeydə alınmış) sədri, Moskva Hökumətinin Milli Məsələlər Şurasında Miqrasiya Siyasəti və Miqrantların Adaptasiyası Komissiyasının sədri, Moskva Hökuməti yanında milli məsələlər üzrə Şuranın üzvü və Moskva vilayətinin milli məsələlər üzrə Məşvərət Şurasının üzvüdür.
Moskva hökuməti tərəfindən (Moskva Hökumətinin 414-ПП №-li 4 iyul 2017-ci il tarixində verilən əmrə əsasən) bəyənilən və qrant qazanan "Moskva əmək miqrantlarına dəstək" RİT layihəsinin hazırladığı "90180.ru" saytı öz fəaliyyətinə başlayıb.
Bilavasitə miqrantların auditoriyasına işləyən bu resurs onları təkcə miqrasiya sahəsindəki yeniliklərlə tanış etməklə yanaşı həmçinin də istənilən hüquqi problemlərin həllində onlara kömək edir.
Miqrantlara verilən məlumatlar vasitəsi ilə "90180.ru" internet-layihəsi Rusiya ərazisində leqal yaşamağın qeyri-leqal yaşamaqdla müqayisədə üstünlüklərini işıqlandırır. Bu da miqrantlara miqrasiya qaydalarına riayət etməyə cərimə və qadağalardan uzaq olmağa kömək edir.
"90180.ru" saytında yerləşdirilmiş ensiklopodik məlumat səhifəsi miqürantları anlaşıqlı formada miqrasiya siyasəti sahəsindəki zəruri məlumatlarla təmin edir. Məlumat səhifəsi miqrasiya sahəsində federal qanunların və normativ hüquqi aktların tam mətinlərini özündə birləşdirir.
Saytda miqrantlar üşün aktual hüquqi məlumatlardan əlavə əyləndirici kontekst də yer alıb. Müəyyən materiallar həyat və nəaliyyətlərinə, milli mətbəxə, bayramlara, turizmə, rus dilinin öyrənilməsinə və s. həsr olunub. Belə materiallar saytın daha geniş auditoriyaya yayılmasına və trafikin yüksəlməsinə kömək edir.
Saytdakı məlumatların məqsədli auditoriya üçün tam anlaşıqlı olması üçün onlar operativ qaydada beş dilə (özbək, tacik, azərbaycan, moldova, ingilis) tərcümə olunur.
Bu layihə çərçivəsində xüsusi hüquqi xidmət şöbəsi fəaliyyət göstəriri. Şöbənin əməkdşları mirasiya məsələləri ilə bağlı sualları operativcəsinə şərhlər edirlər. Bu sahədə konfliktlər yarandığı hallarda vacib məlumatlar verir və onların həlli yolunda miqrantlara yardımçı olurlar.
Resursun videokanalı sözün həqiqi mənasında – xalq televiziyasıdır. Onun vasitəsi ilə ənənəvi olaraq birbaşa efirlər təşkil olunur, miqrantların ciddi sosial problemləri, RF miqrasiya qanunvericiliyinin xüsusiyyətləri və digər məsələlər müzakirə olunur. Videokontentlərin bir sıra, həm faydalı, həyat üşün vacib olan, həm də əyləncəli formatı işlənib hazırlanıb. Videokanal YouTube və sosial şəbəkələrdə yayımlanır. Bütün materiallar 24/7 rejimində nümayiş olunur.