Aleksandr Kalinin

Kalinin Aleksandr Valeriyeviç "Moskva əmək miqrantlarına dəstək" Regional ictimai təşkilatının sədri, «Moldova diasporları Konqresi" ictimai təşkilatının sədri (hər iki təşkilat Rusiya Federaiyasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb), Moskva Hökumətinin Milli Məsələlər Şurasında Miqrasiya Siyasəti və Miqrantların Adaptasiyası Komissiyasının sədri, Moskva Hökuməti yanında milli məsələlər üzrə Şuranın üzvü və Moskva vilayətinin milli məsələlər üzrə Məşvərət Şurasının üzvüdür. O 16 fevral 1977-ci il tarixində Moldaviya SSR-nın Belsı şəhərində anadan olmuşdur.

Təhsil
Aleksandr Kalinin Belsı şəhərinin Politexnik kollecində oxuyub. 2000-ci ildə Aleku Russo adına Belsı dövlət universitetinin hüquq fakultəsini bitirib. 2013-cü ildə Rusiya Federasıyasının Prezidenti yanında Rusiya dövlət xidməti
akademiyasını və Moskva Beynəlxalq Ali Biznes Məktəbini (Master of Business Administration) MBA proqramı üzrə qırmızı diplomla bitirib.

Faliyyət
O 1998-ci ildə Moldovada insan haqlarının müdafiəsi üzrə Liqa Beynəlxalq
ictimai təşkilatının şimal bölməsinin sədri seçilib və elə həmin ildə müstəqil
namizəd kimi Moldovo Respublikasının parlamentinə seçkilərdə iştirak edib.
A. V. Kalinin 1998-ci ildən bəri insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi, ölüm hökmünün ləğv olunması, söz azadlığı uğrunda mübarizə aparır. 2000-ci ildə Belsı şəhərindəki Kriminoloji kollecdə tədris proqramları çərçivəsində hüquq və kriminalistika fənnləri üzrə mühazirə deyib. 2000-ci ildə Moldova şimal regionlarının 62 ictimai təşkilatı A. V. Kalinini Moldova Respublikasının parlamentinə özlərinə nümayəndə seçib.
Rusiyada 2000-ci ildə Rusiyaya köçərək kommersiya fəaliyyəti ilə məşğul olub. 2009-cu ildə "Moldova diasporları Konqresi" regionlararası ictimai təşkiatını yaradıb. 2015-ci ildə "Moskva əmək miqrantlarına dəstək" regional ictimai təşkiatını yaradıb.

İctimai nəaliyyətləri
Aleksandr Kalinin 2009-cu ildən bu günə kimi "Moldova diasporları Konqresi" regionlararası ictimai təşkilatına rəhbərlik edir. Rusiya Federasiyası və Moldova respublikasının (Moskva Hökumətinin milli məsələlər Şurası, Moskva vilayətinin milli məsələlər üzrə Məşvərət Şurası, MR-nın hökuməti
yanında xaricdə yaşayan Moldova vətəndaşlarının Koordinasiya Komitəsi) icra hakimiyyəti orqanları yanındakı ictimai şuralarda ekspert qismində çıxış edir. 2015-ci ildən bu günə kimi "Moskva əmək miqrantlarına dəstək" regional ictimai təşkilatına rəhbərlik edir. Rusiya Federasiyası (Moskva Hökumətinin milli məsələlər Şurası, Moskva vilayətinin milli məsələlər üzrə Məşvərət Şurası) icra hakimiyyəti orqanları yanındakı ictimai şuralarda miqrasiya məsələləri üzrə ekspert qismində çıxış edir.
- bu gün Rusiyanın böyük sığorta kompaniyaları tərəfindən öz fəaliyyətlərində tətbiq olunan miqrantların könüllü tibbi sığorta proqramını işləyib hazırlayıb.
- Moldovadan olan immiqrantların məlumatlandırlması
üzrə geniş miqyaslı aksiya həyata keçirib. 2017-ci ildə mart ayının 1-dən 20-nə kimi Moldova Respublikası vətəndaşları üçün keçirilən amnistiya qüvvədə olduğu müddətdə yeganə informasiya mənbəyi olub.
- Onun fəaliyyəti Rusiyanın Federal miqrasiya xidməti
tərəfindən yüksək qiymətləndirilib. Moldova Respublikası vətəndaşları ilə
apardığı işlər ilazımi səviyyədə təşkil edilib. Statistik məlumatlar əsasında
hazırlanmış nəticələrə görə Rusiya Federasiyasının ərazisində Moldova
Respublikasının vətəndaşları tərəfindən törədilən inzibati qanun ozuntularının
və cinayət əməllərinin sayı sabit olaraq azalıb.
- O Rusiya əmək miqrantlarına hüquqi xidmət göstrən və onlara pulsuz məsləhətlər verən bir-neçə onlayn-resurs yaradıb. Burda miqrantlar operativ aktual hüquqi informasiyalar almaqla yanaşı, icazə sənədlərinin tərtib olunma qaydaları və müddətləri, həmçinin də bu sahədə yol verilən pozuntulara
görə nəzərdə tutulan sanksiyalar barədə faktiki olaraq ilk əldən (Çoxfunksiyalı
"Miqrant evi" mərkəzi. Resurslr www.moldova.ms, www.90180.info, www.rusmigrant.com) zəruri məlumatlar alır.
- "Miqrantın Moskva şəhərində davranış qayvdaları haqqında" kitabçasının
hazırlanması və yayılması üzrə dövlət layihəsini həyata keçirib. Layihənin məqsədi yüksək texnoloji resurslara və zəruri infrostrukturaya malik olan paytaxtın şəhər kimi müsbət imicini qoruyub saxlamaq və bununla yanaşı, əcnəbi əmək miqrantlarının Rusiya cəmiyyətinə inteqrasiyası və adaptasiyası, həmçinin də moskvalılar və miqrantlar arasında və miqrantların öz aralarında gərgiınliyi azaltmaqdan ötrü nəzərdə tutulan proqramları yerinə yetirməkdən ibarətdir. Çoxfunksiyalı "Miqrant evi" mərkəzinin Moskva şəhəri üzrə verdiyi statistik məlumatlara görə "Miqrantın Moskva şəhərində davranış qaydaları haqqında" kitabçası layihə olaraq uğurlu nəticlər əldə edib: 2017-ci ilin birinci kvartalı üçün Moskva şəhəri üzrə əmək patentlərinin miqdarı 21% artıb.

İctimau-siasi mövqeyi
Aleksadr Kalinin insanların sülh və millətlərarası qarşılıqlı anlaşma şəraitində yaşamasının, miqrantların leqallaşdırılmasının və Rusiya ərazisinə miqrant axınına ciddi nəzərət olunmasının tərəfdarıdır. Bununla yanaşı, o hesab edir ki, gəlmələr arasında cinayət əməllərinin, ksenofobiya təzahürlərinin, iqrasiya məsələləri ilə manipulyasiyaların qarşısı effektiv metodlarla alınmır.

Ailə
Ailəlidir, iki övladı var.

Mükafatlar
Moskva və bütün Rusiya patriarxı Kiril tərəfindən Rus Provoslav kilsəsinin
"Müqəddəs apostol böyük knyaz Vladimirin 1000
illiyinin xatirəsinə" medal ilə təltif edilib.